Kocaelidə Polad Həşimov parkı açıldı - FOTO

15 Noyabr 2022 07:13

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Feysbuk səhifəsində paylaşım edib.

"İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzini, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub", - deyə paylaşımda qeyd olunub.

Milli.Az