Türkiyədə törədilən terror aktına görə 48 nəfər saxlanıldı

15 Noyabr 2022 07:25

İstanbulun Taksim səmtinin İstiqlal küçəsində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı araşdırmalar  davam edir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, indiyədək 37-si əcnəbi, əksəriyyəti suriyalı olmaqla 48 şübhəli saxlanılıb.

Qeyd edək ki, 13 noyabr Türkiyənin İstanbul şəhərinin Taksim səmtində yerli saatla 16:20-də terror aktı törədilib.

Milli.Az