Cift səthinin trofoblastik şişi

22 Noyabr 2022 07:51

Son zamanlar bu şiş xəstəliyinin hamilə olmayan qadınlarda daha çox əmələ gəldiyi mütəxəssislər tərəfindən təsdiqlənmişdir. Şiş polipoz kütlələr şəklində uşaqlığın boşluğunda və ya miometriumun cismində əmələ gəlir. Xəstəliyin ilkin əlmətlərindən biri xəstə qadının qanında plasentar laktogenin, xorionik qonadotvpindən çox artıq olmasıdır. Şişin kliniki gedişatı bütövlüklə xoşxassəli kimi qiymətləndirilir, lakin şiş bəzi hallarda mestastaz edir. Metsastazlar uşaqlıq yolunda, ağciyərlərdə, qaraciyərdə, qarın boşluğunda, beyində müşahidə edilir.
Şişin differensial diaqnostikası plasentar yatağın çox böyüməsi və plasentar yataqda düyünlərin olmasi ilə meydana çıxır. Plasentar səthin trofoblastik şişi xorionkarsinoma ilə birlikdə müşahidə olunur.
Qadınların 85%-ində histerektomiyadan sonra mübət nəticələr əldə edilir. Xəstəliyin gizli mərhələsi 3-12 aydır.
Trofoblastik şiş xəstəliyi qadınlarda qanaxmanın olaması ilə təzahür edir. Qanaxmalar uzunmüddətli və intensiv xarakter daşıyır. Qanaxmaların yaranma vaxtı əvvəlki hamiləliyin nəticəsinə və ya mensturasiyaya görə müxtəlifliyinə görə seçilir. Qanaxmaların xarakteri və başlanma vaxtı şiş düyünlərinin uşaqlığın hansı hissəsində yerləşməsindən asılıdır. Şişin əsas xüsusiyyəti qanaxmanın aybaşı vaxtına təsadüf etməsidir.
Xəstəliyə diaqnoz USM, KT-nin və qanın hormonal, biokimyəvi, ümumi analizlərinin nəticələrinə əsasən qoyulur.
Xəstəliyin müalicəsi cərrahi və şüa terapiyası yolu ilə aparılır. Şüa terapiyası zamanı aşağıdakılar nəzərə alınmalıdır:
* xorionkarsinomanın histoloji diaqnozu
* metastazların mövcudluğu
* şiş çıxarıldıqdan sonra qan zərdabının müayinəsi.

Milli.Az