Xərçəngin əmələ gəlmə səbəbləri

24 Noyabr 2022 08:55

Ekologiya və ətraf mühitin kirlənməsi insanlarda bir çox xəstəliklərin artmasına səbəb olur. Bu xəstəliklərin siyahısında isə birinci yeri xərçəng xəstəliyi tutur.
İnsanların immun sistemindəki zəiflik və xəstəliklərə qarşı müqavimətin az olması isə bütün xəstəliklərlə birgə xərçəng xəstəliyinin də dünya əhalisi asrasında sürətlə yayılmasına səbəb olmuşdur. Xərçəngin əmələ gəlməsində aşağıdakı faktorlarların rolu böyükdür:
1. Kimyəvi toksik maddələr.
Mütəxəssislər civə, nikel, siyanid turşusu və digər bəzi kimyəvi maddələrin canlı orqanizm tərəfindən sorularaq bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olduqlarını söyləyirlər. Onlar kimyəvi toksik maddələrin balıqlara da təsr etdiyini və həmin balıqlardan qidalanan adamların da balıq vasitəsilə xəstəliyə yoluxduğunu söyləyirlər. Mütəxəssislərin araşdırmaları bəzi dəniz və su hövzələrində yaşayan iri balıqların ətində polixlor bifelil olduğunu aşkarlamışdır. Bu xlorlu birləşmənin az miqdarı insan orqanizmində xərçəngin əmələ gəlməsinə səbəb olur.
2. Heyvan mənşəli yağlar.
Mütəxəssislər heyvan mənşəli yağların da xərçəng əmələ gətirdiyini söyləyirlər. Çox miqdarda yağın döş, prostat, düz bağırsaq və böyrək xərçənginə səbəb olduğunu dəfələrlə söyləyən xərçəng araşdırmaçıları heyvani yağların kanserogen təsirə malik olmasının söyləyirlər. Yağın immun sistemi zəiflətməsi və orqanizmdə sərbəst radikal yaratma qabiliyyətinə malik olması buna bir sübutdur.
3. Karbonlu (doymamış) yağ turşuları.
Karbonlu yağ turşuları diğər yağ turşularının metobolizmindən əmələ gəlir. Onlar orqanizmdə bütün hüceyrələr tərəfindən mənimsənilə bilirlər. Doymamış yağ turşuları orqanizmə daxil olduqda immun sistemin zəifləməsinə, mədə-bağırsaq sistemi xəstəliklərinə, orqanizmdə steroid hormonlarının artmasına, arterial təzyiqin qalxmasına səbəb olurlar. Mütəxəssislər doymamış yağ turşularının xərçəng hüceyrələrinin çoxalmasına səbəb olduğunu və Omeqa-3 yağının bu prosesin qarşısını aldığını söyləyirlər.

Milli.Az