Milli Məclisdə yeni təyinat - FOTO

14 Noyabr 2022 17:42

Milli Məclisdə yeni şöbə yaradılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Milli Məclisin Aparatında yeni - Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi yaradılıb.

Yeni şöbənin müdiri vəzifəsinə isə Emil Eldar oğlu Tağıyev təyin edilib.

Qeyd edək ki, o, bundan öncə Milli Məclisin Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Milli.Az