Lavrovun xəstəxanada olduğu deyilirdi, hoteldən VİDEOsu yayıldı

14 Noyabr 2022 15:32

Dünya mediasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lavrov isə, öz növbəsində hazırda hoteldə olduğunu bildirib.

"Mən hoteldəyəm. Sabahkı sammit üçün materiallar oxuyuram", - deyə Lavrov qeyd edib.

Lavrovun hoteldə olmasını əks etdirən görüntüləri isə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.

Xatırladaq ki, noyabrın 15-16-sı Bali adasında G20 sammiti keçiriləcək. Rusiyanı sözügedən sammitdə S. Lavrov müşayiət edir.

Milli.Az