Nazim Süleymanov AFFA ilə müqavilə imzaladı

13 Aprel 2012 14:27
AZAL-ın sabiq baş məşqçisi Nazim Süleymanov AFFA ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, o, gözlənildiyi kimi, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun köməkçisi vəzifəsinə rəsmən təsdiqlənib.
 
Süleymanov DÇ-2014-ün seçmə mərhələsinin sonuna kimi bu postda çalışacaq. Xatırladaq ki, o, yığmamızdakı fəaliyyətinə Dubaydakı toplanış zamanı başlamışdı.

Milli.Az