Zelenski azad edilmiş Xerson şəhərinə gəlib

14 Noyabr 2022 14:16

Ukrayna Prezidenti Vladimir Zelenski yeni azad olunmuş Xersona səfər edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın cənubundakı Xerson vilayətinin Rusiyanın nəzarətindən yenicə azad edilmiş Xerson şəhərinə səfər edir", - "Reuters"in məlumatında qeyd olunub.

Ukraynanın Avstriyadakı keçmiş səfiri Aleksandr Şerba da "Twitter" hesabında Prezident Zelenskinin Xersona gəldiyini bildirib.

Xatırladaq ki, noyabrın 11-də Rusiya qoşunları Xersondan geri çəkilib.

Milli.Az