Terrorda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur - XİN

14 Noyabr 2022 11:48

İstanbulun mərkəzində baş vermiş partlayış nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu Milli.Az-a Xarici İşlər Nazirliyindən bildiriblər.

"Bizə zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb", - qurumdan bildiriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Milli.Az