Ermənistan XİN rəhbəri Çavuşoğluna başsağlığı verib

14 Noyabr 2022 11:16

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan XİN başçısı "Twitter"də paylaşım edib.

"İstanbulda baş vermiş ölümcül partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram", - Mirzoyan bildirib.

Xatırladaq ki, ötən gün İstanbulda partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.

Milli.Az