Rusiya qoşunları Dneprin sol sahilində əlavə müdafiə sədləri qurur

14 Noyabr 2022 08:42

Rusiya qoşunları Dneprin sol sahilində möhkəmlənir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.

Bildirilir ki, bu məqsədlə əlavə müdafiə sədləri qurulur.

Paralel olaraq Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə hava zərbələri endirir. Rusiya ordusunun 4 toplaşma rayonuna zərbə nəticəsində 7 zirehli texnika məhv edilib, qırxadək hərbçi zərərsizləşdirilib.

Milli.Az