Ərdoğan: Türkiyə ehtiyacı olan ölkələrə taxıl çatdırılmasına çalışır

14 Noyabr 2022 07:21

Türkiyə ehtiyacı olan ölkələrə, xüsusən də Afrikaya taxıl çatdırılması üçün səylərini əsirgəmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İndoneziyada keçirlən G20 sammitində bildirib.

"Biz prosesin (taxıl dəhlizinin işini - red.) davamlı olması üçün səylərimizi artırırıq. Ehtiyacı olan ölkələrə, xüsusən də Afrikaya taxıl çatdırılmasına çalışırıq" - deyə Ərdoğan bildirib.

Milli.Az