Türkiyədə partlayışa görə 25 sosial şəbəkə istifadəçisi haqqında araşdırmalara başlandı

13 Noyabr 2022 23:59

Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun mərkəzində baş verən partlayışdan sonra 25 sosial şəbəkə istifadəçisi ilə bağlı araşdırmalara başlayıb və aidiyyatı qurumlara məlumat göndərib.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu barədə ölkənin Baş Təhlükəsizlik İdarəsinə istinadən "TRT Haber" məlumat yayıb.

Xatırladaq ki, bu gün saat 16:20 radələrində Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində güclü partlayış baş verib.

Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Milli.Az