Taksim xəstəxanasına yerləşdirilən yaralıların çoxu evə buraxılıb - FOTO

13 Noyabr 2022 23:34

İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində xəsərat alaraq Taksim Tədris və Tədqiqat Xəstəxanasına yerləşdirilən 49 yaralıdan 36-ı evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya xəstəxanadan bildirilib.

"Müalicəsi davam edən 13 nəfərin vəziyəti stabildir, onlardan 5-i əməliyyat olunacaq. Yaralıların əksəriyyəti qəlpə yarası alıb", - deyə müsahib qeyd edib.

Milli.Az