"Yaxın həftələrdə növbəti paket elan olunacaq"

13 Noyabr 2022 22:56

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi hazırlayır. Bu barədə yaxın həftələrdə məlumat veriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Siz bu günlərdə elan etdiyimiz yardım paketindən xəbərdarsınız. Yaxın həftələrdə növbəti paket elan olunacaq" - deyə Sallivan vurğulayıb.

Müşavirin sözlərinə görə, ikinci paket də əvvəlki həcmdə olacaq.

Milli.Az