Toppuş bacı xəstəxanaya yerləşdirildi

13 Noyabr 2022 22:01

Əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, onun səhhəti pisləşib.

"Toppuş bacı" ləqəbli aktrisa xəbəri təsdiqləyib. O, hazırda həkim nəzarətində olduğunu deyib:

"Yaxşı olacağıma inanıram".

Qeyd edək ki, aktrisa 5 ildir xərçəngdən müalicə alır. Bir neçə gün əvvəl onun beynində şiş aşkarlanıb.

Milli.Az