"Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmağı arzu edirik"

13 Noyabr 2022 20:17

Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış nəticəsində ölən və yaralananların olması barədə xəbəri böyük kədərlə qarşıladıq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu haqda Türk Dövlətləri Təşkilatınınn (TDT) rəsmi "Twitter" hesabında bildirilib.

"Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara tezliklə şəfa tapmağı arzu edirik", - qeyd olunub.

Eyni zamanda, belə ağır məqamda TDT-nin Türkiyənin yanında olduğu vurğulanıb.

Milli.Az