ABŞ-da hava şousu zamanı iki təyyarə toqquşdu

13 Noyabr 2022 09:54

ABŞ-ın Texas ştatında iki təyyarə hava şousu zamanı toqquşub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb.

Belə ki, "Boeing B-17" bombardmançı təyyarəsinin digər təyyarə ilə toqquşması havada baş verib.

Xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az