Bakıda yataqxanada yanğın oldu: 25 nəfər təxliyə edildi

12 Noyabr 2022 23:42

Bakının Xəzər rayonunda üçmərtəbəli yataqxana binasında yanğın olub, 25 nəfər təxliyə edilib.

Bu barədə FHN-dən məlumat verilib.

Məlumata görə, binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 6 ədəd sayğac yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 25 nəfər (onlardan 7-si uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az