Ukrayna Xersonda komendant saatı tətbiq etdi

12 Noyabr 2022 22:37

Ukrayna ordusunun azad etdiyi Xerson vilayətində hərbi administrasiya tərəfindən komendant saatı tətbiq edilib.

Bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç məlumat verib.

Komendant saatı Ukrayna vaxtı ilə saat 17:00-dan 08:00-a kimi davam edəcək.

"Bu müddət ərzində yerli sakinlərin küçələrdə və digər ictimai yerlərdə olması qadağandır", - Yanuşeviç bildirib.

Milli.Az