"Futbolçular daha yaxşı konsentrasiya olmalıdır" - Laurentsiu Regekampf

12 Noyabr 2022 21:11

"Yaxşı oyun oldu, açıq oyun getdi".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının XIV turunda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından "CBC Sport" telekanalına açıqlamasında komandasının çıxışını dəyərləndirib: "Hər iki komanda qələbə qazanmaq istəyirdi. Çox sevindim ki, qalib gəldik. Artıq irəli baxırıq. Komanda şəklində yaxşı oynadıq. Qol epizodları yarandıqda futbolçular daha yaxşı konsentrasiya olmalıdırlar. Bu gün çox qol epizodları yaratdıq. Həmçinin "Qəbələ"nin də 2-3 real şansı oldu ki, yararlana bilmədi".

Milli.Az