Nazimin bahalı maşını - Toylara icarəyə verir

12 Noyabr 2022 09:21

Müğənni Nazim Pişyarı bahalı maşının toy qiymətini artırdığını deyib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Sağlam səhər" proqramında danışıb. O, söyləyib ki, ifaçının lüks avtomobili toy sahibinin fikrini dəyişə bilir:

"Toy sahibi düşünür ki, Nazimlə görüşək, məsələn, bəlkə  5 manata razı edə bilərik. Özü 10 manata toya gedir, yarı qiymətinə endirək. Amma danışır, görüşürük, maşından düşürsən, deyir ki, 10 manatını verək, nə qədər ki,15-ə qaldırmayıb. Bir maşını görməklə, hələ danışmamışdan əvvəl fikrini dəyişir".

Milli.Az