Yəməndə İrandan narkotik daşıyan gəmi saxlanılıb

12 Noyabr 2022 08:42

Yəmənin Sokorta adasında İrandan narkotik daşıyan gəmi saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ABŞ donanması yanan qayıqdan 3 yəmənli dənizçini xilas edib. Dindirməı zamanı obnlar yaxın ərazidə İrandan narkotik daşıyan gəmi olduğunu bildiriblər.

Əməliyyat nəticəsində gəmi hadibur limanına dartılıb. Müsadirə olunan narkotik vasitələrin həcmi açıqlanmır.

Milli.Az