Bu ölkədə inflyasiya 70 illik maksimuma çatıb

11 Noyabr 2022 23:55

Avrozonanın ən güclü iqtisadiyyatına malik Almaniyada inflyasiya tempi yüksəlir.

Milli.Az APA-ya istinadən bildirir ki, Almaniya Statistika Xidməti "Destatis"ə görə, oktyabrda inflyasiya 10,4% olub. Bu, son 70 ildə ən yüksək göstəricidir.

İnflyasiya artımını şərtləndirən əsas amil ərzaq və enerji qiymətlərinin kəskin artmasıdır. Ay ərzində enerji qiymərləri 43, qida məhsulları 20% bahalaşıb.

Milli.Az