Allah qatında tək din İslam isə əvvəlki dinləri necə adlandırmalıyıq?

20 Noyabr 2022 23:50

Bəli, Allah qatında tək din İslamdır. İslam, Adəm əleyhissəlamdan Muhəmməd əleyhissəlama qədər gələn dinin ümumi adıdır. Bunu Uca Allah kitabında açıq şəkildə bildirməkdədir:

"Allah qatındakı din, İslamdır!" (Əli İmran, 3/19)

Əvvəlki dinlərə verilən adlar məsələn, "Yəhudilik, Xristianlıq, Məcusilik, Bütpərəslik" sonradan ortaya çıxmış adlardır. Onların dini də əslində İslam olmuşdur. Sadəcə hər bir millət öz dilində fərqli şəkildə ifadə etmişdir. Bu barədə də Rəbbimiz:

"İbrahim nə yəhudi, nə də nəsrani idi. O, ancaq hənif bir müsəlman idi və müşriklərdən deyildi." (Əli İmran, 3/67)

İslam kəliməsi ərəbcə bir kəlimədir. Mənası, Allaha təslim olmaq deməkdir. Ona təslim olana da müsəlman deyilir.

Milli.Az