Məhsulundan əlavə tarlanın özü də zəkata daxildirmi?

20 Noyabr 2022 21:50

Xeyr, tarladan zəkat verilməz, oradan əldə edilən məhsuldan zəkat verilir. Tarla daşınmaz əmlakdır. Daşınmaz əmlak o zaman zəkata daxil olar ki, o əmlak ticarət malı halına gətirilsin. Əksi halda zəkata tabe deyil. Məsələn, mənim əynimdəki köynək mənim üçün ticarət malı deyil və mən əynimdəki köynəkdən ötrü zəkat verməli deyiləm. Amma bu köynəyi satan şəxs üçün köynək ticarət malıdır və onun ondan əldə etdiyi qazanc zəkata tabedir.

Milli.Az