İmam Əli adından uydurulan hədislər hansılardır?

20 Noyabr 2022 22:20

İmam Əli haqqında uydurma rəvayətlər olduqca çoxdur. Biz burda onların ən məşhurlarından bir neçəsini aşağıda vermək istəyirik:

Əli (ibn Əbu Talib) (r.ə.)-dən; Rəsulullah (s)-in belə buyurduğu rəvayət edilmişdir: Dünyanın ömründən sadəcə bir gün qalsa belə, Allah (c.c.) mənim Əhli Beytimdən bir adam göndərəcəkdir. O dünyayı, (daha əvvəl) zülümlə dolduğu kimi, ədalətlə dolduracaqdır." (Əbu Davud, "Sünəni əbu Davud" 35, "Mehdi" kitabı, 4283-cü hədis)
Rəsulullah: "Ya Əli, sən cənnəti və cəhənnəm atəşini bölənsən." (Nurus-Səqəleyn Təfsiri, c. 5, s. 441.)
Rəsulullah İmam Əliyə xitab edərək belə demişdi: "Ya Əli, sən Qiyamət günü Cənnətlə və *cəhənnəm) atəşini böləcək kimsəsən. Atəşə belə xitab edəcəksən: "Bu sənindir, bu da mənim!" (Yənabul-Məvəddə; İhqaqul-Haqq, c.6, s. 210)
Peyğəmbər (s.), öz zövcələrini boşama səlahiyyətini İmam Əliyə vermişdir: Peyğəmbərimiz (s.) İ. Əliyə buyurub: "Ey Əli! Sən mənim Əhli-Beytimin və qadınlarımın dirisinin də, ölüsünün də üzərində mənim vəsimsən (vəsiyyət etdiyim şəxssən). Onların hansını yerində saxlasan (boşamasan) sabah (axirətdə) mənimlə görüşəcəklər (mənə qovuşacaqlar) və hansına təlaq verdinsə mən ondan uzaq olacağam (onları məndən ayıracaqlar) və qiyamət səhrasında (çölündə) nə o məni görə biləcəkdir, nə də mən onu görməyəcəyəm. Və sən ümmətimin üzərində mənim xəlifəmsən (mənim yerimə, əvəzimə olan şəxssən)" (Əl-Ğeybət, Şeyx Tusi,səh.950)
İmam Əli də Aişə və Həfsənin talağını vermişdir. Yəni, boşamışdır.
Fatihə surəsinin 6-cı ayəsi: "Sirati-müstəqim/doğru yol, Əmirəl-möminin Əlidir". ("Biharul-ənvar", 24-cü cild, səh.16)
Sonraki 7-ci ayədə:  "Sıradal-ləzinə ən-amtə aleyhim/Nemət verdiyin kəslərin yoluna",  yəni Məhəmməd (s), Əli ibn Əbu Talib və tərəfdarları", deməkdir. ("Şəvahid tənzil", c.1, səh. 66).
Bəqərə surəsi 43-cü ayəsi də İmam Əli haqda nazil olduğunu deyərlər: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin" (Mənaqibul Kəşf, I, bab).
Bu kimi uydurma rəvayətləri nəql edənlər içərisində ən təhlükəlisi, Şiəlik pərdəsi altında əhli-Beyt imamlarını istismar edən və Qurani Kərimdəki ayələrin onlar haqqında nazil olduğunu iddia edənlərdir. Onlardan bir qismi, ayələrin hamısının, bir qismi yarısının, bir qismi isə Quranın bir çox ayələrinin İmam Əli və digər İmamlarla əlaqəli nazil olduğunu deyərlər. Bu deyilənlərin ən məşhur olanı isə ən son nazil olan Maidə surəsinin 3-cü ayəsidir ki, bunu da iman əsaslarının başı olan vəsiliklə əlaqələndirirlər.

Milli.Az