Birinci xanım Səmərqənddə naharda iştirak edib - VİDEO - FOTO

11 Noyabr 2022 16:00

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan və Macarıstan Respublikasının Baş nazirinin xanımı Aniko Levai Səmərqənddə təşkil olunan naharda iştirak ediblər.

Milli.Az