Bir aya yaxındır ki, Azərbaycanın şimal sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur.
Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, maşınlar kilometrlərlə düzülüb növbə gözləyir.
Yük maşınlarının əksəriyyəti başqa ölkələrdən gəlib Azərbaycandan tranzit kimi istifadə edənlərdir. Günlərdir burada yatıb-qalxan sürücülər isə yüklərinin xarab olmasından və şəraitsizlikdən narahatdırlar.
Gömrük keçid məntəqəsindən "Xəzər Xəbər"ə bildirildi ki, artıq gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Hazırda gündəlik yük maşınlarının buraxılışı 2 dəfədən çox artırılıb.
O da qeyd edildi ki, bu vaxta qədər keçidlərdə ləngimələr Rusiya tərəfində baş verirdi. Yaxın günlərdə sıxlıq tam aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətrasflı videomaterialı təqdim edir:
Milli.Az