Azərbaycan iranlı narkotaciri İnterpol xətti ilə axtarışa verib - FOTO

11 Noyabr 2022 09:53

Azərbaycan iranlı narkotaciri "qırmızı bülleten"lə beynəlxalq axtarışa verib.

Milli.Az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İran vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.

Milli.Az