"Adını Feriha koydum"dan televiziya tarixində ilk - VİDEO

13 Aprel 2012 11:54
"Adını Feriha koydum" serialının bu həftəki seriyasında televiziya tarixində bir ilkə imza atılacaq. Milli.Az-ın "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, 56-cı seriyada tamaşaçılar yalnız Əmir və Ferihanı görəcəklər.

Serialın bu axşamkı seriyasında nə olacaq? Ferihanı yataqxanadan qaçıraraq evə gətirən Əmir problemi yoluna qoyanadək qapını açmamağa qərar verir. Əmirin qapını bağlaması ilə çaş-baş qalan Feriha hirslənir və evdən çıxmaq istəyir. Əmirin isə onu evdə saxlamağa çalışması ilə cütlük arasında emosional gərginlik də artacaq.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.