“Onları orada elə öz adamlarımız öldürür”

11 Noyabr 2022 18:03

Rusiyanın Kursk vilayətindən səfərbər olunan hərbçilərin arvadları və qohumlarından ibarət 70 nəfər çağırışçıların dalınca Ukraynanın Starobelsk şəhərinə gedib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Saplienko məlumat verib.

Qadınlar ərlərinin elə rusiyalı əsgərlər tərəfindən vurulduğu və öldürüldüyü barədə ətraflı məlumat veriblər. "Onları orada elə özümüzünkülə öldürür", - deyə onlar qeyd ediblər.

Hərbi müxbir hesab etdiyini bildirib ki, rusiyalıları yalnız öz ağrıları dayandıra bilər.

Milli.Az