“Mazda” Rusiya bazarından çıxdığını elan etdi

11 Noyabr 2022 17:45

Yaponiyanın "Mazda Motor" avtomobil korporasiyası Rusiyadakı fəaliyyətini dayandırır və Vladivostokdakı müştərək müəssisəndəki payını "Sollers Auto" şirkətinə vermək niyyətindədir.

Məlumata görə, müvafiq müqavilə oktyabrın 24-də imzalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əməliyyatın məbləği simvolik olaraq 1 avro təyin edilib.

Qeyd edək ki, "Mazda" 2012-ci ildə "Sollers" ilə birgə Vladivostokda avtomobil istehsalı müəssisəsi açıb.

Milli.Az