Mask "Twitter"in bütün kommunikasiya əməkdaşlarını işdən çıxarıb, yalnız bir nəfər qalıb

11 Noyabr 2022 07:40

"Twitter"in yeni sahibi İlon Mask şirkətin kommunikasiyalar departamentinin işçilərini ixtisar edib və yalnız bir işçi qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Axios" internet portalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, sahibkarın planlarına əvvəllər Tesla və SpaceX-ə təsir edən kommunikasiyaların prioritet vəzifələr siyahısından çıxarılması da var.

Portal qeyd edir ki, əvvəllər "Twitter" kommunikasiyalar departamentində dünyanın müxtəlif ölkələrindən olan əməkdaşlar çalışıb.

Onların ümumi sayı göstərilmir.

Oktyabrın 27-də Mask eyni adlı sosial şəbəkənin sahibi olan "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağladı.

Oktyabrın 31-də ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərə görə, milyarder şirkətin direktorlar şurasını şdən çıxarmağa hazırlaşır.

Tvitteri satın aldıqdan dərhal sonra Mask rəhbərlik üzvlərini işdən çıxardı.

Milli.Az