Ukrayna 41 yaşayış məntəqəsini azad edib

11 Noyabr 2022 07:07

Ukraynanın 41 yaşayış məntəqəsi Rusiya ordusundan azad olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram", - deyə Zelenski vurğulayıb.

Milli.Az