Türkiyədə bir evdən 5 Əfqanıstan vətəndaşının meyiti tapıldı

10 Noyabr 2022 23:56

Türkiyənin Ankara şəhərinin Altındağ səmtində evdə 5 Əfqanıstan vətəndaşının meyiti aşkarlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, onların bıçaqlanaraq öldürüldüyü müəyyən edilib.

Ankara Valiliyi hadisə ilə bağlı açıqlama verib:

"Altındağ məhəlləsindəki bir yaşayış binasında baş verən və 5 xarici vətəndaşın ölümü ilə nəticələnən kədərli hadisə Respublika Prokurorlarımızın nəzarəti altında bütün ölçüləri ilə araşdırılır".

Milli.Az