Rusiya nüvə torpedasını sınaqdan keçirəcək

10 Noyabr 2022 22:28

Rusiya nüvə torpedasını sınaqdan keçirməyə hazırlaşır.

Bu barədə CNN yüksək çinli amerikalı məmura istinadən məlumat yayıb.

"ABŞ son həftələrdə Rusiya hərbi gəmilərinin mümkün nüvə sınağına hazırlaşdığını müşahidə edir. Sınaqlar texniki problemlər səbəbindən həyata keçirilə bilməyib", - deyə bildirilib.

Milli.Az