Britaniya Rusiyanın 20 milyard dollarlıq aktivlərini dondurdu

10 Noyabr 2022 22:06

Böyük Britaniya Rusiyanın 18,4 milyard funt sterlinq (20,9 milyard dollar) məbləğində aktivlərini dondurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkə rəsmiləri bildiriblər ki, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı hücumlarını davam etdirməsidir.

Bura maliyyə aktivləri, o cümlədən səhmlər və pul vəsaitləri daxildir.

Qeyd edək ki, ölkə Rusiyaya qarşı sanksiyaları davam etdirmək üçün Maliyyə Sanksiyalarının İcrası İdarəsinin işçilərinin sayını iki dəfə artırıb.

Milli.Az