Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı təqdim olundu

10 Noyabr 2022 18:54

Bu gün Səmərqənd şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev birgə mətbuat konfransı keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, konfrans zamanı Prezident Ərdoğana Özbəkistanın ən yüksək dövlət medalı təqdim edilib.

Ərdoğan dövlət medalından çox məmnun olduğunu bildirib.

"Mən bu medalı ölkələrimiz arasında əbədi qardaşlığın güclü simvolu kimi qəbul edirəm", - deyə bildirib.

Milli.Az