Gecə klubu yanan deputat İxtiyar Mirzəyev saxlanıldı

10 Noyabr 2022 18:03

Rusiyanın Kostroma şəhərində 15 nəfərin öldüyü "Poliqon" klubundakı yanğınla bağlı obyektin sahibi, Kostoma dumasının deputatı İxtiyar Mirzəyev saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə polisdən məlumat verilib.

İxtiyar Mirzəyev "yanğın təhlükəsizliyinin pozulması iki və daha çox insanın ölümünə səbəb olduqda" maddəsi ilə saxlanılıb.

Milli.Az