Fransa Azərbaycana yeni səfir təyin etdi

10 Noyabr 2022 13:26

Fransa Azərbaycana yeni səfir təyin edib.

APA Fransa hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Prezident Emmanuel Makron noyabrın 9-da sərəncam imzalayıb.

Fransa Prezidentinin sərəncamına əsasən, xarici əlaqələr üzrə müşavir Anne Boillon Azərbaycana səfir təyin edilib.

Qeyd edək ki, xanım Bollion bu postda Zakari Qrossu əvəz edəcək.

Milli.Az