Ermənistan xarici işlər naziri Fransaya gedir

10 Noyabr 2022 10:32

Ermənistanın xarici işlər naziri noyabrın 10-da Fransaya işgüzar səfər edəcək.

Milli.Az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Mirzoyanın fransalı həmkarı Katrin Kolonna və digər fransız rəsmiləri ilə görüşləri olacaq.

Ermənistan XİN başçısı V Paris Sülh forumunda da iştirak edəcək.

Milli.Az