İtdən qaçan azyaşlını maşın vurdu - anbaan VİDEO

10 Noyabr 2022 19:36

Türkiyənin Tekirdağ şəhərində bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, itdən qorxub qaçan uşaq yola atılıb və onu avtomobil vurub.

10 yaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisənin videosu anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Milli.Az