Qohumu öldürülən Ələkbər Yasamallı haradadır?

10 Noyabr 2022 07:56

Xəbər verdiyimiz kimi, Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının dayısı oğludur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, meyxanaçı hələ də qohumunun həmkarı tərəfindən öldürüldüyü barədə heç bir açıqlama verməyib.

Bu gün isə Ələkbər Yasamallının 6 aydır ölkədə olmadığı üzə çıxıb. Bu barədə prodüser Ataş Hüseynov "Təsir dairəsi" verilişində danışıb:

"Ələkbər Yasamallı 6 aydır Bakıda deyil, Almaniyadadır. Orada yaşamaq üçün icazə almaq istəyir".

Qeyd edək ki, Rəşad qətlə yetirdiyi İsgəndər Mehdiyevə ürəyindən 6 bıçaq zərbəsi vurub.

Milli.Az