​​​​​​​Bəzi ştatlarda ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb

10 Noyabr 2022 08:48

ABŞ-ın 15 ştatında ATƏT-in müşahidəçiləri seçki məntəqələrinə buraxılmayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeld məlumat verib.

"15 ştatda bizi seçki məntəqələrinə buraxmadılar. Qalan yerlərdə isə məhdudiyyət olmadan monitorinqlər apardıq" - deyə Sederfeld bildirib.

Müşahidə missiyası rəhbərinn sözlərinə görə, ştatlar müşahidəçilərin məntəqələrə buraxılmamasını yerli qanunvericilik əsasında həyata keçiriblər.

Qeyd edək ki, 8 noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçirilib. İlkin nəticələr respublikaçıların irəlidə olduğunu göstərir.

Milli.Az