Ruslar Krımın şimalında xəndəklər qazır

10 Noyabr 2022 07:55

Rusiya ordusu Krımın şimal hissəsində xəndəklər qazmağa başlayıb.

Bu barədə "RBK Ukrayna" məlumat yayıb.

"Ruslar Xerson vilayəti ilə yarımada arasında Çonqar keçid məntəqəsi yaxınlığında səngərlər hazırlayır. Onlar həmçinin Krımın şimal-qərb hissəsindəki Armyansk rayonunda da xəndəklər qazır", - məlumatda qeyd edilib.

Milli.Az