Puşkinin Xarkovdakı büstü sökülüb

9 Noyabr 2022 23:50

Rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.

Şəhər Şurasının rəhbərliyi bildirib ki, büst muzeyə təhvil veriləcək: "Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib.

Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə, çar Rusiyası zamanında qoyulub.

Milli.Az