Ərdoğan Özbəkistana gedir

9 Noyabr 2022 20:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə gedəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, Ərdoğan 11 noyabrda keçiriləcək sammitdə çıxış edəcək.

Milli.Az