BMT-də Ukrayna ilə bağlı xüsusi sessiya başlayır

9 Noyabr 2022 08:59

Noyabrın 14-də BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyasını davam etdirəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Baş Assambleyanın 77-ci sessiyası sədrinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat verib.

Bildirilib ki, sessiyada Kiyevə təzminat barədə qətnamə layihəsi təqdim olunacaq.

Milli.Az