Ukrayna ordusunun hücumu ləngiyəcək

9 Noyabr 2022 08:29

Qış fəsli yaxınlaşdıqca döyüş sursatlarının tədarükü, eləcə də cəbhə bölgələrinə silahların çatdırılması ləngiyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş hərbçi Frenk Ledviç "Quardian"a yazdığı məqaləsində Ukrayna ordusunun əks-hücum əməliyyatını şərh edərkən bildirib.

"Ağaclarda yarpaqların olmaması hərbçilərin düşmənin pilotsuz təyyarələrindən gizlənməsini çətinləşdirəcək, baxmayaraq ki, qalın buludlar havadan kəşfiyyatı çətinləşdirəcək", - Ledviç qeyd edib.

Onun fikrincə, yeni komandanlıq altında olan Rusiya hərbçiləri cəbhə xəttini dondurmağa və zəbt olunmuş əraziləri öz nəzarətində saxlamağa çalışacaq:

"Eyni zamanda, Ukrayna qoşunları çox güman ki, əvvəlki aylarda olduğu kimi sıçrayış əməliyyatları həyata keçirə bilməyəcək. Baxmayaraq ki, onlar keçmişdə dəfələrlə dünyanı təəccübləndiriblər".

Milli.Az